Saturday, September 21, 2013

Avropa Məhkəməsinə edilən şikayətləri “Azərpoçt” “itirir”

 
05 dekabr 2012-ci ildə Milli Məclisə və deputat Elmira Axundovaya müraciətimi geri qaytarmalari ilə insanı əlil-vətəndaş huququmun pozulması və yerli məhkəmələrin də məhkəmə müdafiəsi huququma qadağa qoyan qərarlarından Fransaya - Avropa Insan Huquqları Məhkəməsinə (AIHM) Mərkəzi poçt vasitəsilə xəbərnaməli şikayət məktubu göndərmişəm.
Lakin indiyədək məktubumun alınması barədə xəbər almamışam. Heç demə, AIHM-ə göndərdiyim şikayət qanunsuz senzuradan keçməyib. Yazışma sirrinin pozulmasının bu günlərdə yenidən şahidi oldum.
05 avqust 2013-cü ildə “Azəriqaz” IB-nin mənim xeyrimə çıxarılan məhkəmə qərarının icrasına məhkəmələrin qoyduğu qadağaya görə AIHM-ə göndərdiyim məktub ünvanına çatdırılmadan xəbərnamə blankı Mərkəzi Poçtdan mənə göndərilib. Məktubun Fransaya göndərilməməsini blankda onun alınması barədə alan tərəfin qeydinin olmaması subut edir.
Indi Mərkəzi Poçtun özü məhkəmədə cavab verməli olacaq. Amma məhkəmələr yenə də rüşvətin adından akt qəbul edəcək. Avropa Məhkəməsinə şikayəti isə poçt it-bata salacaq.

No comments:

Post a Comment