Sunday, September 15, 2013

Diktatorların oxşar və fərqli cəhətləri

Ölkə boyu heykəlləri və portretləriylə Heydər Əliyev bəzi diktatorları qabaqlayır

Tarix boyu bəzi dövlət rəhbərləri özlərinə xüsusi münasibət tələb edirdi.Qədim dövrlərdə mütləq monarxiyalarda imperator, kral, sultanlar bəzən ilahiləşdirilirdi.Müasir dövrdə də diktatorların şəxsiyyətinə pərəstiş ənənəsi aradan qalxmayıb.Bəzi dövlətlərdə hakimiyyətin atadan oğula keçməsi bütöv bir ailəyə pərəstişə gətirib çıxarır.

20 ildir Azərbaycanda mövcud quruluş da digər diktaturalardan fərqlənmədiyi kimi Əliyevlərin şəxsiyyətinə pərəstiş də başqa diktatorlara münasibətdən fərqlənmir.Heydər Əliyevin ad günlərinin təmtəraqla keçirilməsi, hər addımda ata-oğul Əliyevlərin portretlərinin asılması, küçə, park, mərkəzlərə Heydər Əliyevin adının verilməsi, onun şəninə şeirlər yazılması, mahnılar bəstələnməsi, hər rayonda, kənddə muzeylərinin açılması, heykəllərinin qoyulması, ildə bir neçə dəfə onun adı ilə bağlı bayramların təşkili Azərbaycanda diktatora pərəstişin bariz nümunəsidir. Avtoritar rejimlərin hökm sürdüyü digər ölkələrə baxanda da oxşar vəziyyəti görmək olur.

Müqayisə üçün bir neçə diktatoru göstərmək olar.

No comments:

Post a Comment